Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva şəhid ailələrinə baş çəkib

15 may 2021 | 16:00

Millət vəkili Jalə Əliyeva şəhid ailələrinə baş çəkib. Bu barədə millət vəkili öz şəxsi "Facebook" səhifəsində paylaşım edib.

"Ramazan bayramını Zərdabda və Ucarda şəhid ailələri ilə birlikdə qeyd etdik. Növbəti dəfə igid oğullarımızın evlərinə, ailələrinə baş çəkdik, əbədi uyuduqları Şəhidlikdə onları ziyarət etdik, dualar oxuduq. Gözü yaşlı, amma məğrur analarına növbəti dəfə təsəlli verdik. Qürurlu şəhid atalarına bir daha səbr dilədik. Bu günümüzü, qələbəmizi  borclu olduğumuz bütün Şəhidlərimizin müqəddəs ruhu  qarşısında ehtiramla baş əyirik."

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial

Keçidlər