Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Zərdabın Bıçaqçı kəndində səyyar qəbul keçirib

02 iyun 2021 | 16:00

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Zərdabın Bıçaqçı kəndində səyyar qəbul keçirib. Qəbul çox səmimi, məmnunluq şəraitində keçib. Qəbula yazılan kənd camaatı rayonda və kənddə gedən quruculuq və abadlıq işlərindən razılıq ifadə edərək,  seçicilərinin problemlərini mütəmadi olaraq ali tribunadan dilə gətirdiyinə və bir çoxunun həllinə nail olduğuna görə deputata minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar Şanlı Qələbəmizə imza atan ölkə rəhbəri, Ali Baş komandan cənab İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırmasını, eyni zamanda onları narahat edən məhəlli və fərdi xarakterli problemlərinin həllində yardımçı olmasını millət vəkili Jalə Əliyevadan xahiş ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bir çoxuna qəbul sırasında kənd rəsmiləri tərəfindən açıqlıq gətirilib. Jalə Əliyeva digər məsələlərin həlli üçün rayon və respublika səviyyəli  əlaqədar qurumlara müraciət edəcəyini seçicilərinə bildirib.

https://www.facebook.com/DeputyofAzerbaijanOfficial/posts/333891454817208

Keçidlər