Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab şəhərindəki “Şəhidlərin xatirə parkı”nın əsaslı təmirdən əvvəl və sonrakı vəziyyəti

09 noyabr 2021 | 16:00

Zərdab şəhərində yerləşən “Şəhidlərin xatirə parkı” memarlıq cəhətdən zəngin olan yeni layihə əsasında işlənilmiş və orada əsaslı təmir işləri aparılmışdır. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün mərmər və ağ lay ilə üzlənmiş 8 x 4 metr ölçüdə panno inşa edilmişdir. Parkda 650 kv.metr dekorativ plitələrdən, 200 metr bardürdən, inşa edilmiş 4 ədəd pannonun qarşı hissəsində isə 120 kv.metr sahədə ağ lay üzlük materiallarından və 450 kv.metr yüksək keyfiyyətli mərmər lövhələrdən istifadə edilmişdir ki, bu onun görkəmini xeyli gözəlləşdirmişdir. Parkın işıqlanma sistemi yenidən işlənilmiş, 18 ədəd müasir növ işıq dirəkləri quraşdırılmışdır. Parkda mərmərlə üzlənmiş diametri 3 metr olan 8 guşəli əbədi məşəl inşa edilmiş, hasar yenidən işlənilmiş, ağ lay tavalarla üzlənmiş, müasir tipli çərçivələr quraşdırılmış, ad göstəriciləri dəyişdirilmişdir ki, bu da onun fasad hissəsini memarlıq cəhətdən daha da zəngin etmişdir.
Parkın ərazisində yeni həmişəyaşıl ağaclar, gül kolları əkilmiş, 250 kv.metr yaşıllıq zolağı yaradılmışdır.

Keçidlər