Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı şəhid Nurlan Abdullazadənin 40 mərasimi keçirilib

14 may 2016 | 16:00

Abdullazadə Nurlan Rasim oğlu 1994-cü ildə Zərdab rayonunun Böyük Dəkkə kəndində dünyaya göz açıb. 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən, ailənin yeganə oğul övladı Nurlan Abdullazadə Milli Ordunun giziri kimi cəbhə xəttinin Tərtər istiqamətində aprel ayının əvvəlində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. O, Zərdab rayonunun Təzəkənd kənd qəbiristanlığında aprelin 5-i torpağa tapşırılıb.
Bu gün şəhid Nurlan Abdullazadənin 40 mərasimi keçirilib. Əvvəlcə Zərdab rayon rəhbərliyi, Nurlanın xidmət etdiyi hərbi hissənin nümayəndələri, döyüş yoldaşları, idarə, müəssisə, təşkilatların əmək kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı önünə gül-çiçək qoyulub. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək şəhidin ailəsinə başsağlığı  verib, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan gizir Nurlanın xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını vurğulayıb.
Şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndəsi Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin atasına təqdim edib.
Şəhidin yaxınları onunla fəxr etdiklərini bildiriblər.
Məktəblilərin ifasında Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Keçidlər