Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Zərdab rayon filialı sədrinin hesabatına və filialın yaranmasının 15 illiyinə həsr olunmuş təntənəli yığıncaqda keçirilib

20 dekabr 2016 | 16:00

Dekabrın 20-də Gənclər mərkəzində keçirilən yığıncaqdan əvvəl rayonumuzun rəhbərliyi və qonaqlar şəhərimizdəki Heydər Əliyev parkını ziyarət edərək ulu öndərin heykəli önünə gül-çiçək qoydular, vətənpərvərlik mövzusunda təşkil olunan kitab sərgisinə baxış oldu. Mərasimi rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev açaraq iştirakçıları salamladı və onlara rayonumuzun rəhbəri cənab Lütvəli Babayevin təbrikini, xoş arzularını çatdırdı. Vətənimiz uğrunda, o cümlədən Lələtəpə döyüşlərində həlak olan şəhidlərimizin xatirəsi sükutla yad edildi. Tədbirdə hərbi vətənpərvərlik mövzusunda videoçarx nümayiş olundu. Çay və şirniyyat süfrəsi başında təşkil olunan məclisdə Rəhman Feyzullayev Prezident cənab İlham Əliyevin dekabrın 2-də rayonumuza səfərindən, dövlətimizin başçısının və xanımı Mehriban Əliyevanın sonsuz sevinclə qarşılanmalarından, dekabrın 5-də isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə rayonumuza 3 milyon manat ayırmasından, müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə qayğısından danışdı. Vurğuladı ki, əlil, veteran və şəhid ailələrinə qayğı  rayonumuzun rəhbəri Lütvəli Babayevin də daim diqqət verdiyi məsələlərdəndir və ölkəmizdə bu insanlara layiq olduqları qiymətin verilməsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gözəl bir ənənədir. Respublikamızın keçdiyi çətin və şərəfli yoldan, əlillərin, veteranların, şəhidlərimizin Vətənimizin qorunması və inkişafı naminə fədakarlığından danışan R. Feyzullayev rəşadətli ordumuzun, o cümlədən zərdablı hərbçilərin Aprel döyüşlərindəki qəhrəmanlıqlarından da söhbət açdı. QMƏVŞA İctimai Birliyi Zərdab rayon filialının sədri Neman Yediyarov hesabat məruzəsi ilə çıxış edərək qayğıya və tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına, eləcə də rayonumuzun rəhbərliyinə minnətdarlığını bildirdi.  Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş həmyerlimiz, polkovnik-leytenant Elşən Qarayev Lələtəpə əməliyyatında Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığından, hərb tariximizə düşən yüksək taktiki əməliyyat həyata keçirilməsindən və özünün də bu döyüşlərdə ağır yaralanmasından, lakin düşməni məhv etmələrindən qürurla danışdı. Digər çıxış edənlər müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər. Tədbir Zərdab rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər