Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində yola salınıb

23 mart 2017 | 16:00

Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 23-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində yola salınıb. Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihə məktəblilər, valideynlər, ümumən rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Əvvəlcə tur-aksiya iştirakçıları şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə yaxından tanış olublar. Yolasalma mərasimində Rayon İcra Hakimiyyəti başçısını birinci müavini Rəhman Feyzullayev çıxış edərək layihənin dövlətimizin başçısının yetişməkdə olan nəslə diqqət və qayğısının nəticəsi olduğunu söyləyib. Vurğulayıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var. Məktəblilər bu aksiyada iştirak etməklə rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.
Tədbirdə digər çıxış edənlər gənc nəslin tərbiyəsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər. Yolasalma mərasimi geniş konsert proqramı ilə müşayiət olunub.

Keçidlər