Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda təhsil işçilərinin rayon konfransı keçirilib

05 sentyabr 2017 | 16:00

05 sentyabr 2017-ci il tarixdə Zərdabda  təhsil işçilərinin rayon konfransı keçirilib. Konfransda rayon rəhbərliyi, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb direktorları, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Ötən dərs ilində qazanılan uğurlar, qarşıda duran vəzifələr konfransda ətraflı təhlil olunub. Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyeva bildirib ki, Zərdabda məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi, onlarla təhsil ocaqları üçün müasir tədris binalarının tikilməsi və ya əsaslı təmiri  müsbət nəticələrini göstərir. Müasir təlim metodlarını, informasiya texnologiyalarını mənimsəməyə çalışan zərdablı pedaqoqlar  tədrisin keyfiyyətini artırmağa nail olurlar.
Təhsil islahatlarının əhəmiyyətindən, bu vacib sahənin inkişafına davamlı dövlət qayğısından danışan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev  gənc kadrlara diqqət və qayğının vacibliyindən, pedaqoji kollektivlərin potensialından daha səmərəli istifadənin  zəruriliyindən bəhs edib.
Konfransın sonunda rayonda təhsilin inkişafındakı səmərəli xidmətlərinə görə bir qrup müəllimlər mükafatlandırılıb.

Keçidlər