Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə kənd təsərrüfatı məhsullarının istehsalı

13 sentyabr 2017 | 16:00

Zərdab rayonu üzrə 01 sentyabr 2017-ci il tarixə 200,5 hektar kartof sahəsindən 3815 ton (məhsuldarlıq 190,3 sentner, keçən illə müqayisədə 130,0 ton cox), 173,6 hektar tərəvəz sahəsindən 2727 ton (məhsuldarlıq 157,1 sentner, keçən ilin müvafiq dövrü ilə müqayisədə 319 ton cox), 192,5 hektar bostan sahəsindən 6086 ton (keçən ilin müvafiq dovrü ilə müqayisədə hər hektardan məhsuldarlıq 0,1 sentner çox), qarğıdalı sahələrinin 16 hektarından 90 ton (məhsuldarlıq 157,1 sentner), 8 hektar çəltik sahəsindən 29,6 ton (məhsuldarlıq 37,0 sentner) məhsul istehsal olunmuşdur.  0,3 hektar dən üçün günəbaxan sahəsindən 1,0 ton məhsul yıgılmışdır.
Hazıda rayon üzrə meyvə bağlarından 920 ton mevvə toplanıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 46 ton coxdur.
01 sentyabr 2017-ci il tarixə Zərdab rayonu üzrə 19753,5 hektar taxıl sahəsindən 58822 ton taxıl, 2,0 hektar çovdar sahəsindən isə 3,0 ton məhsul istehsal olunub.
01 sentyabr 2017-ci il tarixə təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün 7500 hektar sahə şumlanmışdır. Hal-hazırda torpaq sahələrinin şumlanması işləri sürətlə davam etdirilir.

Zərdab rayon Statistika İdarəsinin rəis müavini Ceyhun Sadıqov

Keçidlər