Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə sənayenin göstəriciləri

01 mart 2018 | 16:00

Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi sənaye sahəsi də durmadan günü-gündən inkişaf edir. Bu inkişaf Zərdab rayonunda da öz təzahürünü göstərməkdədir. Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2017-ci ildə Zərdab rayonu sənayesində malların istehsalı və xidmətlərin göstərilməsi 3912,7 min manatlıq olmuşdur. Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 66,4 faiz, qazın bölüşdürülməsi və satışı sahəsində 17,6 faiz, suyun yığılması və paylanması sahəsində 4,5 faiz, qida məhsullarının istehsalı sahəsində 4,7 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, fiziki şəxslərdə isə bu göstərici 6,6 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə görülən ümumi işin 11,3  faizi emal sənayesinin, 84,0 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 4,7 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sənayesinin payına düşmüşdür. 
Sənaye sahəsi üzrə çalışanların 36,2 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı sahəsində, 52,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 11,2 faizi emal sənayesində çalışanlardır.
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində çalışan hər bir işçiyə düşən оrta aylıq əmək haqqı 528,9 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, emal sənayesində çalışan hər bir işçiyə düşən orta aylıq əmək haqqı 180,8 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 46,7 faiz artmışdır. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışan hər bir işçiyə düşən orta aylıq əmək haqqı 165,6 manat olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər