Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə 2018-ci ilin 3 ayında demoqrafik vəziyyət

04 may 2018 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 aprel 2018-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  2018-ci il yanvar-mart aylarında Zərdab rayonun əhalisinin sayı 74 nəfər və ya 0,1 faiz artaraq 58314 nəfərə çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin ilk üç ayında rayonda 138, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 10,9 faizi şəhərdə, 89,1 faizi isə kənd yerlərində qeydə alınmışdır. Təbii artım 56 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda 82 ölüm qeydə alınmışdır. Bundan 2 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  25-29 yaşda - 1,  30-34 yaşda - 2, 45-49 yaşda - 3, 50-54 yaşda - 5, 55-59 yaşda - 3, 60-64 yaşda - 3, 65-69 yaşda - 9, 70-74 yaşda - 5, 75-79 yaşda - 16, 80-84 yaşda - 16, 85 yaşdan yuxarı - 17 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2,0-dan 1,4-ə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
Üç ay ərzində rayon üzrə 82 nikah və 19 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2018-ci ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 39 nəfər gələn olmuşdur ki, bu göstərici şəhər yerlərində 20,5 faiz,  kənd yerlərində 79,5 faiz təşkil etmişdir. Hesabat dövründə gedənlərin sayı 21 nəfər olmuş və beləliklə rayon üzrə miqrasiya artımı 18 nəfər olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
   
Zərdab Rayon Statistika İdarəsi

Keçidlər