Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirildi

26 may 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilib. İcra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş divar qəzetlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon toplantısında İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qədim köklərə söykənən tariximizdə müstəsna rol oynadığını bildirərək, fəaliyyətdə olduğu dövrdə həyata keçirilən tədbirlərdən danışıb.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər