Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda “Son zəng” tədbiri keçirildi

14 iyun 2018 | 16:00

14 iyun 2018-ci il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayev İsaqbağı kənd tam orta məktəbində məzunların “Son zəng” tədbirində iştirak etdi. Tədbiri məktəbin direktoru Dayangül Vəliyeva açaraq məzunları təbrik etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək məzunları təbrik etmiş, cənab Prezidentimiz İlham Əliyevin təhsil sahəsinə göstərdiyi dövlət qayğısından danışmışdı. Məktəbin müəllim və şagirdləri, valideynlər çıxış edərək 1-ci və 11-cilərə öz ürək sözlərini bildirmişlər. Tədbirin sonunda son zəng çalınmışdır.
Axşam saatlarında Heydər Əliyev parkında rayonun ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilmiş, Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilmiş İstedadlar-2018 baxış müsabiqəsinin qaliblərinin yekun konserti təşkil olunmuş və qaliblərə qiymətli hədiyyələr təqdim edilmişdir.


Zərdab Rayon İcra Hakimiyyəti

Keçidlər