Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Qurban bayramı ümumrayon tədbiri ilə qeyd olunub

22 avqust 2018 | 16:00

Zərdabda milli birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı ümumrayon tədbiri ilə qeyd olunub.

Bayram münasibətilə təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Lütvəli Babayev zərdablıları müqəddəs gün münasibətilə təbrik edib, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından danışıb.

Qurbanlar kəsilib, şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, yataq xəstələrinə və imkansızlara paylanıb. Ümumilikdə 450-dən çox ailəyə bayram payı verilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər