Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil edilib

29 dekabr 2018 | 16:00

Zərdabda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil edilib. Əvvəlcə valideyn himayəsindən məhrum uşaqlarla və aztəminatlı ailələrlə görüş keçirilərək onlara bayram hədiyyələri verilib, maddi yardım göstərilib. Daha sonra ümumrayon bayram şənliyi keçirilib. Şənlikdə bildirilib ki, 2018-ci il Zərdab  üçün də çox uğurlu olub. İl ərzində ölkə Prezidenti cənab İlham Əliyev Zərdab rayonu və zərdablılarla bağlı 11 sərəncam imzalayıb. İctimaiyyətə bayram təbriklərini çatdıran icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev vurğulayıb ki, rayonda geniş tikinti quruculuq işlərinin aparılması, yeni sosial xarakterli obyektlərin istifadəyə verilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində xeyli iş görülüb.  4 çoxmənzilli binanın fasadı və dam örtüyü əsaslı təmir edilib,  Gəlmə kəndində yem istehsalı sexi istifadəyə verilib. Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları quraşdırılıb, Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçası tikilib. Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının və şəhər 1 nömrəli məktəb-liseyin binaları əsaslı təmirdən sonra istifadəyə verilib. “32 hektar” adlanan ərazidə 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb. Sarıqaya kənd tam orta, Hüseynxanlı kənd və şəhər ümumi orta, Siləyli, Nəzəralılı kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin quraşdırılmasına başlanılmış, Statistika İdarəsi üçün yeni binanın tikintisinə hazırlıq işləri görülür. Şıxbağı və Nəzəralılı kəndlərinə təbii qazın verilişi təmin edilib və beləliklə, rayonun 42 yaşayış məntəqəsindən 37-si qazlaşdırılıb. Elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilib. Ölkə başçısının sərəncamına uyğun olaraq Gəlmə, Salahlı, Dəkkəoba kəndlərinə çəkilmiş içməli su xətti, 13 kənddə modul tipli su təmizləyici qurğular istifadəyə verilib. 11 km uzunluğunda Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil  yolu tikilərək istifadəyə verilib, 11,5 km uzunluğunda Zərdab-Qaravəlli yolunun tikintisinə başlanılıb. Aqrar sahənin, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq ciddi tədbirlər görülüb. 60 min 150 ton, o cümlədən adambaşına 1029 kq taxıl istehsal olunub ki, bu rayonun tarixində ən yüksək göstəricidir. Keçən ilə nisbətən 700 tondan çox – 5 min tona yaxın pambıq, 2 dəfə çox – 53 tondan çox (respublikada ən yüksək göstərici) barama, 1,9 dəfədən çox – 2902 ton qarğıdalı, 1,2 dəfədən çox – 939,4 ton çəltik tədarük edilib. Yeni pambıq qəbulu məntəqəsi istifadəyə verilib. Heyvandarlığın inkişafı sahəsində böyük uğurlar əldə olunub. Aqropark yaradılması istiqamətində işlər davam etdirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2018-ci il ərzində rayonda 4 minə yaxın iş yeri yaradılıb. Rayon üzrə ali məktəblərə qəbul olunanların sayı 2007-ci ildə cəmi 47 nəfər olmuşdursa bu il həmin göstərici 193 nəfər olub. 11 nəfər məzun 600-dən çox bal toplayıb. Rayondan olan idmançılar respublika və beynəlxalq əhəmiyyətli yarışlarda böyük uğurlar qazanıblar.

Bayram şənliyində şaxta baba və qar qız maraqlı çıxışlar ediblər. Bir-birini əvəz edən mahnılar, rəqs nömrələri, şeir nümunələri yadda qalan olub.

Sonda əmək fəaliyyətində fərqlənmiş bir qrup şəxslərə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər