Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Bəyimli qəsəbəsinə yeni çəkilmiş qaz xəttinin açılışı olub

28 noyabr 2019 | 16:00

28 noyabr 2019-cu il tarixdə Zərdab rayonunun Bəyimli qəsəbəsinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Qəsəbədə 24564 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmişdir. Qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər çəkilmiş qaz xətti 106 abonentə xidmət edəcəkdir.
Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev qəsəbə sakinlərini mühüm hadisə münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, beləliklə rayonun 38-ci yaşayış məntəqəsi təbii qazla təchiz edilir. Qeyd edilmişdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Mərasimdə çıxış edən qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra qaz xəttinin çəkilişi işlərində fəallıq göstərən işçilərə hədiyyələr təqdim olunmuşdur. Sonda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır. Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Hüseyn Şirinov iştirak və çıxış etmişdir.

Keçidlər