Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika nazirinin müavini Zərdabda vətəndaşları qəbul edib

20 dekabr 2019 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, dekabrın 20-də Energetika nazirinin müavini Elnur Soltanov Zərdab şəhərində vətəndaşlarla görüşüb.

Qəbul zamanı vətəndaşlar enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin alınması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisinə görə yaranmış borc və cərimələr, sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatı, sayğaclaşdırma, enerji təchizatında yaranan fasilələr, təbii qaz təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.  

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Keçidlər