Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər təşkil edilib

28 dekabr 2019 | 16:00

Əvvəlcə valideyn himayəsindən məhrum uşaqlarla və aztəminatlı ailələrlə görüş keçirilərək onlara bayram hədiyyələri verilib, maddi yardım göstərilib.
Daha sonra “Kür” şadlıq sarayında ümumrayon bayram şənliyi keçirilib. Qeyd olunub ki, 2019-cu il Zərdab  rayonu üçün də çox uğurlu olub. İctimaiyyətə bayram təbriklərini çatdıran icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev vurğulayıb ki, rayonda geniş tikinti quruculuq işlərinin aparılması, yeni sosial xarakterli obyektlərin istifadəyə verilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində xeyli iş görülüb. 
Bayram şənliyində şaxta baba və qar qız maraqlı çıxışlar ediblər. Bir-birini əvəz edən mahnılar, rəqs nömrələri, şeir nümunələri yadda qalan olub.
Sonda əmək fəaliyyətində fərqlənmiş bir qrup şəxslərə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim edilib.

Keçidlər