Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

18 fevral 2020 | 16:00

2019-cu ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 16272,0 min manat olmaqla keçən ilin müvafiq dövri ilə müqayisədə 335,0 min manat və ya 2,1% artmışdır. Xidmətlərin 25,1 faizi hüquqi şəxslər, 74,9 faizi fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1846,0 min manat olmaqla ötən ilin müvafiq dövri ilə müqayisədə 2,2%, iaşə dövriyyəsinin həcmi 2559,6 min manat olmaqla ötən ilin müvafiq dövri ilə müqayisədə 1,9% artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 4078,6 min manat (97,7 faiz dövlət mülkiyyəti, 2,3 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3968,0 min manatı iri müəssisələrin, 110,6 min manatı isə kiçik müəssisələrin payına düşür.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər