Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabın iki kəndində tibb məntəqəsi üçün yeni binalar istifadəyə verilib

25 iyun 2020 | 16:00

Zərdab rayonunun iki kənd yaşayış məntəqəsində - Məlikumudlu və İsaqbağı kəndlərində tibb məntəqələri üçün yeni binalar istifadəyə verilib. 2019-cu ilin dekabrında inşasına başlanan hər iki bina Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində tikilib. Layihə Yaponiya hökumətinin dəstəyi ilə Konstitusiya Araşdırmaları Fondu tərəfindən icra olunub. Sakinlər tibb məntəqələri üçün yeni binaları Yaponiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi dəyərləndirirlər.

Keçidlər