Şriftin ölçüsü :

Saytın rəngi :

"İnanırıq ki, tezliklə Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad edəcək, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək."

16 oktyabr 2020 | 16:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Siz başda olmaqla, şanlı Ordumuzun qazandığı qələbələr bizə sevinc hissləri yaşatdığı üçün sizlərə minnətdarlığımızı bildiririk. Sizin hər bir qərarınızı dəstəkləyir və Sizə güvənirik. Biz Sizinləyik!

İnanırıq ki, tezliklə Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad edəcək, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Bu haqq-ədalət mübarizəsində Allah Sizə yar olsun!

Arzu edirik ki, bu il Sizin ad gününüzü Şuşada və Xankəndidə təntənəli şəkildə qeyd edək. İnşallah!

Hörmətlə,

İsayev Ramiz,

Bədəlov Qüdrət,

Mürsəlov Gülməmməd.

Azərbaycan Respublikası, Zərdab rayonu, Dəkkəoba kəndi.

Keçidlər