Şriftin ölçüsü :

Saytın rəngi :

"Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Ağdamda, Kəlbəcərdə, Xankəndidə və Azərbaycan musiqisinin beşiyi olan Şuşada Azərbaycan Bayrağı dalğalanacaqdır"

17 oktyabr 2020 | 16:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi və bütün xalqımızı şanlı Ordumuzun cəbhədə qazandığı uğurlar münasibətilə təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Ordusunun hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu, əsgər və zabit heyətinin vətənpərvərlik hissləri kifayət qədər yüksəkdir.

Əminəm ki, Sizin rəhbərliyiniz nəticəsində Azərbaycan Ordusu erməni faşistlərinə cəbhədə layiqli cavab verir və bundan sonra da verəcəkdir. İşğal olunmuş bütün torpaqlarımız şanlı Ordumuz tərəfindən azad ediləcək. Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Ağdamda, Kəlbəcərdə, Xankəndidə və Azərbaycan musiqisinin beşiyi olan Şuşada Azərbaycan Bayrağı dalğalanacaqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, valideynlərinə səbr diləyirəm.

Qələbə bizimdir!

Sizin kimi Prezidentimiz olduğuna görə fəxr edirəm. Allah Sizi, əsgərlərimizi, bütün xalqımızı qorusun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Sitarə İsgəndərova

Tibb bacısı

Azərbaycan Respublikası, Zərdab rayonu.

Keçidlər