Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyinin yaradılması haqqında Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamı
Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının Katibliyinin yaradılması haqqında
ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏRƏNCAMI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03 fevral 2016-cı il tarixli Fərmanına əsasən Zərdab Rayon İcra Hakimiyyəti başçısının 12 fevral 2016-cı il tarixli, 09 nömrəli sərəncamı ilə Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradılmışdır.
“Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi Əsasnamə”nin 4.6 bəndini və Zərdab Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası sədrinin təqdimatını nəzərə alaraq qərara alıram.
1. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün İcra Hakimiyyətinin Apellyasiya Şurası Katibliyi yaradılsın.
2. Katibliyin tərkibi aşağıdakı qaydada müəyyən olunsun.
Katibliyin rəhbəri
- İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Katibliyin üzvləri
- İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin məsləhətçisi
- İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi
3. Katiblik öz işini “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq qursun.
Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
Zərdab şəhəri, 12 fevral 2016-cı il
№ 10