Zərdab rayon İcra Hakimiyyəti Başçısı Aparatında İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin təyin edilməsi barədə
Zərdab rayon İcra Hakimiyyəti Başçısı Aparatında İnzibati Xətalar haqqında işlərə
baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin təyin edilməsi barədə
ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏRƏNCAMI
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il 1256 nömrəli Fərmanın 1-ci və 5-ci bəndlərini və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıda adları qeyd olunan vəzifəli şəxslər Zərdab rayon İcra Hakimiyyəti Başçısı Aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər kimi təsdiq edilsin.
- Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
- Rayon İcra Hakimiyyəti başçısının müavini–sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
- Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri
2. Sərəncamın icrasına nəzarət Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavininə tapşırılsın.
Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı
Zərdab şəhəri, 20 aprel 2018-ci il
№ 39