Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

MƏLUMAT


Zərdab Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yaradılması məqsədilə 9 aprel 2021-ci il tarixdə saat 09:00-dan etibarən ictimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyata alınması başlayacaq və 06 may 2021-ci il tarixdə saat 18:00-da başa çatacaqdır. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. İctimai şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən gizli səsvermə yolu ilə seçiləcəkdir.
Vətəndaş cəmiyyəti institutları müraciətlərinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Namizədin tərcümeyi-halı
  • ­Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti
  • Əmək kitabçasının surəti

Müraciət və əlavə edilmiş sənədlər Rayon İHB Aparatında yerləşən seçki komissiyasına təqdim edilməlidir.


Zərdab Rayon İcra Hakimiyyəti yanında ictimai
şuraya seçkilərin təşkili üzrə seçki komissiyası

 

Keçidlər