İnfrastruktur
Poçt və Rabitə
2025-ci ildə rabitə xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür.
Telekommunikasiya Qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100 faiz əməl edilmişdir.
2025-ci ildə 359 abonentə yeni internet xətti çəkilərək vətəndaşların istifadəsinə verilmişdir.
Sürətli internet xidmətindən istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyasında avadanlıqların montaj tutumu 28644-ə, internet xidməti abonentlərinin sayı 9121 nəfərə çatdırılmışdır.
Müasir tələblərə cavab verən GPON texnologiyası vasitəsilə rabitə xidmətlərinin təmin edilməsi üçün rayonun Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı Lələağacı, Yarməmmədbağı, Qoruqbağı, Məlikli, Əlibəyli, Allahqulubağı, İsaqbağı, Qaravəlli, Pərvanlı, Sarıqaya Məmmədqəsamlı, Gödəkqobu, Çallı, Bıçaqçı, Yuxarı Seyidlər, Körpükənd, Salahlı, Xanməmmədli, Hüseynxanlı, Şahhüseynli, Böyük Dəkkə kəndlərində və Bəyimli qəsəbəsində tikinti işləri və mənzillərə internet xətlərinin çəkilişi işləri yekunlaşmışdır. Rayon ərazisində GPON texnologiyası vasitəsilə rabitə xidmətlərinin təmin edilməsi işləri tam yekunlaşmışdır.






