Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində tədbirlər 2025-ci ildə də davam etdirilmişdir.

Aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nurlan Abdullazadənin və Vətən Müharibəsi şəhidləri, Faiq Vəlizadənin, İbrahim Cəbrayıllının, İlkin Ağayevin, Rəhim Hüseynovun, İbrahim Rüstəmlinin, Anar Məmmədzadənin, Ağaqardaş Abbasovun, Taleh  Əliyevin, Fərid Rüstəmovun, doğum və anım günləri ilə əlaqədar ailələri və məzarları ziyarət olunmuşdur.

13 fevral tarixində Rayon Mərkəzi Kitabxanasında Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Rayon Mərkəzi Kitabxanasının və Zərdab Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Suveren Dövlət, Sabit Gələcək” mövzusunda görüş keçirilmişdir.

15 mart tarixində Gəlmə kənd tam orta ümumtəhsil məktəbin idman bazasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmiş, yarışda Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin komandası 1-ci yerə layiq görülmüşdür.

Gənclər arasında sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin artırılması məqsədilə hesabat dövründə rayon ərazisində fəaliyyət göstərən karate, taekvondo, cüdo, güləş, alpaqut, şahmat, minifutbol və sair idman bölmələrinin üzvlərinin iştirakı ilə yarışlar keçirilmişdir.

Ümumilikdə 2025-ci il ərzində gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsi üzrə 76 rayondaxili tədbir, 30 rayondaxili idman yarışı keçirilmiş, idmançılarımızın 2 zona və 4 respublika, 1 beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin olunmuşdur. Həmin yarışlarda ümumilikdə 1492 nəfər idmançı mübarizə aparmış, 11 qızıl, 17 gümüş və 5 bürünc medal qazanmışlar.

Keçidlər