Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

2025-ci ildə rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı Rayon İcra Hakimiyyəti Başçısının 5-84/3-3-8/25 nömrəli, 14 fevral 2025-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir.

11 fevral tarixində Rayon Mədəniyyət Mərkəzində İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının birgə təşkilatçılığı, idarə, müəssisə və təşkilat nümayəndələrinin iştirakı  ilə  “Himayədar ailə” qayğı modeli sahəsində məlumatlılığın artırılması məqsədilə dəyirmi masa təşkil olunmuşdur.

18-21 fevral tarixində Zərdab-Mollakənd və Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının Zərdab rayonu ərazisindən keçən hissələrində yol kənarlarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 750 ədəd ağac əkilmişdir.

17 mart tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zərdab şəhər 1 nömrəli məktəb-liseydə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilmişdir.

6 mart traixində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “ELAY” şadlıq sarayında Rayon rəhbərliyinin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir.

Mart ayının 18-də Həsən bəy Zərdabi parkında Novruz bayramı münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri keçirilmiş, rayonun mədəniyyət kollektivinin ifasında konsert proqramı nümayiş olunmuş, bayram tonqalı yandırılmışdır.

10 may tarixində Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin doğum günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

İyun ayının 6-da Qurban bayramı münasibətilə Rayon İcra Hakimiyyəti Başçısının maliyyə dəstəyi ilə xeyriyyə tədbiri keçirilmiş, rayon ərazisində olan 250-dən çox şəhid ailəsi, Qarabağ müharibəsi əlilinə qurban əti paylanılmışdır.

14 iyun tarixində 15 iyun - Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

3 iyul tarixində Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əslən Qərbi Azərbaycandan olan rayon sakinləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  “Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildinin təqdimat mərasimi keçirilmişdir.

İyul ayının 22-də Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Mətbuatının yaranmasının 150-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

9 sentyabr tarixində Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon üzrə 2024-2025-ci tədris ilində Respublika Fənn Olimpiadalarında, Fənn müsabiqələrində uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilmişdir. Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara xatirə hədiyyələri təqdim edilmiş, rayonun təhsil həyatında səmərəli fəaliyyəti ilə fərqlənən  şəxslər isə Fəxri Fərmanlarla təltif edilmişlər.

19 sentyabr tarixində Heydər Əliyev Mərkəzində “20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycan Respublikasının ərazisində “Anım günü” kimi qeyd edilməsi barədə qərarına uyğun olaraq silsilə tədbirlər keçirilmiş, vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilərək ruhlarına dualar oxunmuş, önünə gül-çiçək dəstələri qoyulmuş, ailələri ilə görüşülmüş, ərzaq sovqatları verilmişdir.

“Zəfər Günü”nə həsr edilmiş silsilə tədbirlər çərçivəsində 7 noyabr 2025-ci il tarixdə  tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Zəfər gününə həsr edilən əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmiş, Heydər Əliyev Mərkəzində tədbirin rəsmi hissəsi təşkil olunmuşdur. Rəsmi hissədən sonra Həsən bəy Zərdabi parkında respublikamızın tanınmış incəsənət ustaları və yerli musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim olunmuşdur. Tədbirlərdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, millət vəkili Jalə xanım Əliyeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti iştirak etmişdir.

Noyabr ayının 12-də Heydər Əliyev Mərkəzində 12 Noyabr – Konstitusiya Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının,  yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etmişlər.

20 noyabr  tarixində Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, şəhid ailələrinin üzvlərinin, qazilərin, din xadimlərinin və ictimaiyyət nümayəndələri iştirakı ilə Heydər Əliyev Mərkəzində  “Zəfər Günümüz: Milli və dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilmişdir.

12 dekabr tarixində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş mərasimdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində anım gününə həsr olunmuş foto və kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunmuş, Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə və millət vəkili Jalə xanım Əliyeva məruzə ilə çıxış etmişlər. Tədbirdən sonra Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı, millət vəkili Jalə xanım Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, din xadimləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Kür” çadlıq sarayında ehsan süfrəsi təşkil olunmuşdur.

Həmçinin 20 yanvar, Xocalı faciəsinin ildönümləri və 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon toplantıları keçirilmiş, faciə qurbanlarının xatirəsi yad edilmiş və həmin tədbirlərlə əlaqədar müxtəlif rəsm, əl işləri, divar qəzetləri və s. sərgilər təşkil edilmişdir.

 

Keçidlər