Rayon haqqında
Səhiyyə
Rayon əhalisinə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüqiqi şəxsi, 3 Ailə Sağlamlıq Mərkəzi (ASM), həmçinin 12 həkim və 12 tibb məntəqəsi vasitəsilə tibbi xidmətlər göstərilir. 2025-ci il ərzində Rayon Mərkəzi Xəstəxanasına 283166 nəfərdən çox sakin müraciət etmiş, onlardan 1463 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Hesabat dövründə rayonda 420 uşaq doğulmuş (2024-cü ildə 435 nəfər), ana ölümü olmamış (2024-cü ildə 1 nəfər), 0-1 yaşa qədər uşaq ölümü ötən illə eyni olaraq 4 nəfər olmuşdur. Rayonda 11 nəfərdə ilkin vərəm (2024-cü ildə 23 nəfər) aşkar edilmiş, malyariya xəstəliyi qeydə alınmamışdır. İl ərzində 580 nəfər cərrahi əməliyyat olunmuş, 28 nəfər hemodializ seansı keçmişdir.
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən 14 yanvar və 20 noyabr tarixlərində qanvermə aksiyası keçirilmişdir. Aksiyalarda 600 nəfərdən çox rayon sakini iştirak etmişdir.
Hesabat dövründə gigiyena və epidemiologiya tədbirlərinin həyata keçirilməsinə diqqət artırılmış, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yenidoğulmuşların peyvəndlənməsi işinin düzgün aparılması məqsədi ilə 27 müalicə-profilaktika müəssisələrində yoxlama keçirilmiş, aşkar olunmuş nöqsanlar barədə lazımi göstərişlər verilmiş, vaksinatorlarla maarifləndirici söhbətlər aparılmışdır. Malyariya xəstəliyinə qarşı müalicə profilaktika müəssisələrindən daxil olmuş 2400 ədəd qan nümunələri analiz olmuş, nəticədə malyariya xəstəliyinin sindromları aşkar olunmamışdır. Rayonun mərkəzləşdirilmiş içməli su kanalları, qurğuları və mərkəzləşdirilmiş su kəmərindən içməli suyun bakterioloji və kimyəvi tərkibini yoxlamaq üçün ümumilikdə 66 ədəd su nümunələri götürülərək Respublika GEM-nin laboratoriyasına müayinə üçün göndərilmiş, nəticədə uyğunsuzluq aşkar olunmamışdır. Ötən il ərzində COVİD-19 virusuna yoluxma aşkarlanmamışdır.






